Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə” Təhsil I və II fakültəsinin 1-ci kurs bakalavr tələbələri arasında İngilis dilinin Praktik və Kommunikativ Qrammatika I fənlərindən “Qrammatika Olimpiadası” müsabiqəsi elan olunur.
Müsabiqənin şərtləri, qiymətləndirmə meyarları və mövzuları:
· “Qrammatika Olimpiadası” 2 mərhələdən ibarətdir;
· Olimpiadada Təhsil I və II fakültəsinin 1-ci kurs tələbələri iştirak edə bilər;
· Olimpiadanın ilkin mərhələsi aşağıdakı mövzuları əhatə edir:
1. Use the correct tense and voice forms;
2. Use the apporpirate forms of the verbals in brackets;
3. Define the verbals and their constructions stating their functions;
4. Paraphrase the given sentences using the verbals or constructions with them;
5. Develop the given situation in 10 sentences.
· Birinci mərhələ yuxarıda adıçəkilən mövzular üzrə 50 ballıq 5 tapşırıqdan ibarətdir; hər tapşırıq 10 balla qiymətləndiriləcək;
· 40-50 bal toplayan tələbə yarışın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqdır;
· Olimpiadanın ikinci mərhələsində I kurs üzrə İngilis dilinin Praktik və Kommunikativ qrammatikası fənlərindən sillabus üzrə tədris olunan mövzuları (yalnız Modal feillər mövzusu istisna olmaqla) əhatə edən 100 ballıq test tapşırığından ibarətdir;
· Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.
Mükafatlar:
· Toplanan ballara əsasən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat uyğun pul mükafatı və diplomla təltif olunacaq;
· Xüsusi fərqlənən 6 nəfər iştirakçı isə sertifikatla mükafatlandırılacaq.
Bilik olimpiadasının keçirilmə tarixi: 17- 21.04.2023 (I mərhələ)
26.04.2023 (II mərhələ)
Nəticələrin elanı və mükafatlandırma tarixi: 1-10.05.2023