Azərbaycan Dillər Universitetinin Müəllim Həmkarlar Komitəsi və Tələbə Həmkarlar Komitəsi birlikdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Universitetin 10 kafedrasının iştirakı ilə “Ən yaxşı tələffüz”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Esse müsüabiqəsi”, “Qrammatika olimpiadası”, “ Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda “ən yaxşı esse”, “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğurlu səhifəsi” mövzularında ingilis, fransız, ispan, koreya, alman, ərəb dillərində tələbə yaradıcılığının nəticəsi kimi işlər yerinə yetirmişlər. 68 tələbə sertifikat və diplomlar, 47 tələbə isə, I, II, III yerləri bölüşdürməklə pul mükafatları almışlar.