Azərbaycan Dillər Universiteti Həmkarlar İttifaqı Komitəsində
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq ADU HİK Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində olan Regionşünaslıq kafedrasında bu məsələ ilə bağlı tədbir keçirilmişdir. ADU HİK sədri M.Məmmədov Ümummilli lider H.Əliyevin siyasi irsinin öyrənilməsi, ondan yararlanma və dövlətçiliyə sədaqətin aşılanması üçün tələbələr arasında fənn olimpiadaları, inşa yazıları, müxtəlif dillərə tərcümələrin edilməsini fakültə müəllimlərinə təklif etdi. Regionşünaslıq kafedrasının müdiri prof. S.Əliyeva tədbiri həyata keçirmək üçün mövzunu konkretləşdirmək, tələbələr arasında yayılma imkanlarından danışdı. Tədbiri həyata keçirmək üçün vaxt və mərhələlər müəyyən edildi. 
WhatsApp Image 2023-02-03 at 12.36.48 (1).jpeg 106.17 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo