Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsi və Linqvokulturologiya  kafedrası  “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM !” adlı viktorina elan edir
Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü, maliyyə dəstəyi, Linqvokulturologiya  kafedrasının təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə” Təhsil I və II fakültəsinin 3-cü kurs bakalavr tələbələri arasında
 
 “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” adlı
viktorina keçirilir.
 
Viktorina suallarını əhatə edən  mövzular
 
·        Heydər Əliyevin Azərbaycan və Böyük Britaniya arasında mədəni, xarici, siyasi, iqtisadi əlaqələrində rolu
·        Heydər Əliyevin Azərbaycan və Amerika  arasında mədəni, xarici, siyasi, iqtisadi əlaqələrində rolu
 
Viktorinanın şərtləri və mərhələləri

·        Viktorinada Təhsil I və II fakültəsinin 3-cü kurs bakalavr tələbələri komanda şəklində ( hər komandada 4 nəfər olmaqla) iştirak edə bilər
·        İlk mərhələdə bütün komandalar iştirak edir
·        II mərhələyə 3 komanda keçir
·        Final mərhələsi sona qalan və daha çox doğru cavab verən 2 komanda arasında keçirilərək qalib müəyyən olunur
 
Viktorina iştirakçılarının cavablarının düzgünlüyü və tamlığı münsiflər heyəti tərəfindən qiymətləndirilir;
 
Qeydiyyat   
 
Təhsil I və II fakültəsinin 3-cu kurs bakalavr tələbələri qeydiyyatdan keçmək üçün 12.04.2023 tarixinə qədər Linqvokulturologiya kafedrasına (213 otaq) müraciət edə bilərlər.
 

 

Mükafatlar   

I  , II,  III  yerlər  diplom və uyğun pul mükafatları, fərqlənən iştirakçılara isə sertifikatlar təqdim olunacaq.

Viktorinanın keçirilmə  tarixi və  yeri : 18 aprel 2023,  saat 13:30, Təbriz korpusu

Son müraciət tarixi  :     12 aprel 2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo