“Ümummilli  liderimiz  Heydər Əliyevin   anadan olmasinin 100-cü  ildönümü münasibətiilə” “Ən yaxşi  tezis ” müsabiqəsi
Azərbaycan Dillər  Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin   təşəbbüsü,  maliyyə dəstəyi, Beynəlxalq münasibətlər və Regionşünasliq fakültəsinin   təşkilatçılığı ilə  “Ümummilli  liderimiz  Heydər Əliyevin   anadan olmasinin 100-cü  ildönümü münasibəti  ilə”  ADU-nun bakalavr  və magistrantlarının “Ən yaxşi  tezis ” müsabiqəsi  elan  olunur

Münsiflər  Heyəti   : 
1.      BMİ  fakültəsinin dekanı   Prof.İ.Kazımbəyli – sədr 
2.     Beynəlxalq münasibətlər kafedrasının müdiri   Prof .A.Yusifzadə– üzv
3.     Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri   dos. Ə.Abdiyeva –üzv
4.     Regionşünaslıq kafedrasının müdiri  Prof.S.Əliyeva - üzv
5.     Fakültə Həmkarlar  təşkilatının sədri – Dos. S.Bağırova- üzv
6.     Xarici dillər kafedrasının müdiri – N.Seyidova – üzv
7.     Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri –X.Hacıyeva – üzv
Mövzu  istiqamətləri:
1.H.Əliyev və  Azərbaycan diplomatiyası
2.H.Əliyev və  Azərbaycan  mədəniyyəti
3.H.Əliyev  və  Azərbaycan  təhsili 
4. H.Əliyev və Azərbaycanda gender siyasəti 
5. H.Əliyev:  Azərbaycançılıq  və multikulturalizm 
6.H.Əliyev və  Azərbaycan  dövlətçiliyi
7.H.Əliyev və Azərbaycan gəncliyi
Müsabiqənin şərtləri:  
-         Artzu edənlər yuxarıda göstərilən   istiqamətlərdə  orijinal, əvvəl yazılanları təkrar etmədən,  yeni fikirlər ifadə edən tezislər yazmalıdırlar,
-         Tezislər:  Times New Roman şrift, 1,5interval, 14 kegl,  səhifənin  ölçüləri : soldan 3 sm, sagdan 1 sm, yuxarıdan və aşagıdan 2 sm olmaqla,   A4 formatda tərtib edilməlidir,
-         Yuxarı sağ küncdə  tələbənin adı, qrupu, elektron ünvanı, elmi rəhbərin adı, ortada  məqalənin adı, sonra   yazıldığı dildə və ingilis dillərində açar sözlər  olmalıdır,
-         1-2 səhifə olacaq tezislər,  əsaslı ədəbiyyat əsasında yazılmalı,  ədəbiyyat siyahısı sonda  əlifba siyahısı ilə verilməlidir,
-         İqtibaslar  mətnin içində  mötərizələrdə  ədəbiyyatın müəllifinin soyadı, nəşr ili  və səhifəsi ilə göstərilməlidir,
-         Istifadə edilən ədəbiyyatın siyahısı : əlifba sırası ilə müəllifinin familiyası, adının baş hərfi, ədəbiyyatın adı, nəşr edildiyi yer, il, nəşriyyatın adı,  ümumi səhifə sayı göstərilməlidir,
-         Ədəbiyyat siyahısından sonra  ingilis  dilində xülasə verilməlidir. 
-         Tezislər Azərbaycan,  Rus,  İngilis  və ya tələbənin ixtisas  dilində yazıla bilər.

 

 

Qiymətləndirmə  meyarları:

-         Mövzu orijinal  olmalı,
-         Sanballı, elmi  ədəbiyyatdan istifadə edilməli,
-         Giriş və dərin təhlil olmalı,
-         Şəxsi  qiymətləndirmə, təkliflər olmalı,
-         Konkret elmi nəticə ilə yekunlaşmalıdır.
 

Mükafatlar : 3 məqaləyə (I, II, III yer) diplom və uyğun  pul mükafatı veriləcək.  Tezislərin göndərilmə  tarixi  : 15 fevral - 1 aprel - 2023-cü il
Müsabiqənin nəticələri  və mükafatlandırılma  2023-cu il Aprelin sonunda elan ediləcək. 
Tezislərlər   elktron olaraq   bu ünvana    göndərilməlidir:  
 kamalaqurbanli@gmail.com

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo